Dünya
Hərbi dəstək sülhə gedən ən qısa yoldur – Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya hərbi-siyasi dəstəyin vacib olduğunu bildirib.
Jamaz.info TASS-a istinadən xəbər verir ki, Stoltenberq bu barədə DPA-ya müsahibəsi zamanı danışıb.
“Bir az qəribə və paradoksal görünə bilər, amma Ukraynanı hərbi cəhətdən dəstəkləmək sülhə gedən ən qısa yoldur. Moskva dərk etməlidir ki, Ukraynada məqsədlərinə nail ola bilməyəcək”, – deyə baş katib vurğulayıb.
Hərbi alyansın rəhbəri Ukraynanın Rusiya ərazilərindəki hərbi obyektləri vurmasını qanuni sayıb: “Hər bir ölkənin özünü qorumaq hüququ var. Bu, Ukraynaya da aiddir”.
Bundan əlavə, NATO baş katibi sülh danışıqlarının önəmini də diqqətə çatdırıb.(modern)