Dünya

Hərbçilər prezidenti vəzifədən uzaqlaşdırdı, sərhədləri bağladı

Niger Respublikasının hərbçiləri Məhəmməd Bazumun ölkə prezidentliyindən uzaqlaşdırıldığını və ölkənin sərhədlərinin bağlandığını elan ediblər.

Jamaz.info xəbər verir ki, bu barədə “Reuters” hərbçilərin milli televiziyada verdiyi açıqlamaya istinadən məlumat yayıb.

“Ölkənin sərhədləri bağlıdır, ümummilli komendant saatı elan edilir”, – agentlik hərbçilərin sözlərindən sitat gətirib.

Xatırladaq ki, Niger prezident qvardiyasının bir qrup əsgəri ölkənin paytaxtı Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binanın qarşısını kəsib. Yerli mətbuatın məlumatına görə, prezident Məhəmməd Bazum üsyançılar tərəfindən saxlanılır, onların sayı məlum deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button