Dünya

Gürcüstanda torpaq sürüşməsi – 16 nəfər dağıntılar altında qaldı

Gürcüstanın qərbindəki Şovi kurortunda torpaq sürüşməsi baş verib.

Jamaz.info yerli mətbuata istinadən xəbər verir ki, 6-sı uşaq olmaqla 16 nəfər dağıntılar altında qalıb.

“Sunset Shovi” hotelinin yaxınlığında baş verən hadisə yerinə xilasedicilər cəlb edilib, əraziyə xüsusi texnika, o cümlədən iki sərhəd polis helikopteri göndərilib.

Yerli sakinlərin sözlərinə görə, vəziyyət çox ağırdır – dağın böyük hissəsi uçub, kotteclər və ətraf ərazilər dağılıb. Məlumata görə, sel Şoviyə gedən yolu da bağlayıb.

Daxili İşlər Nazirliyi qurbanlar barədə məlumatın olmadığını bildirir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button