Dünya

Finlandiya Macarıstana arxadan zərbə vurdu: İsveç güdaza gedəcək

Macarıstan Finlandiyanın qeyri-dost addımlarına görə İsveçin NATO-ya girişini dondura bilər.

Jamaz.info xəbər verir ki, bu barədə Rusiyanın Budapeştdəki səfiri Yevgeni Stanislavov bildirib.

Macarıstan parlamenti martın 27-də keçirilən iclasda Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyasına səs verib. Ertəsi gün finlər Avropa Komissiyasının LGBT təbliğatı ilə bağlı Macarıstana qarşı iddiasına qoşulublar.

İddiaya səbəb Macarıstanda yetkinlik yaşına çatmayanlara homoseksuallıqla bağlı materialların nümayişini və cinsiyyətinin dəyişdirilməsini qadağan edən qanunun qəbul edilməsi olub.

Stanislavov qeyd edib ki, Macarıstanın İsveçin NATO-ya üzvlük müraciətinə nə qədər müddətə baxacağını proqnozlaşdırmaq çətindir. Onun sözlərinə görə, Finlandiyaya “hə”deyən Budapeşt İsveç məsələsində tələsməməyə qərar verə bilər.

Stanislavov xatırladıb ki, Finlandiyanın Avropa Komissiyasının iddiasına qoşulması, Macarıstan hakimiyyətinin mənfi reaksiyasına səbəb olub.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button