
Dünya
Etirazlar pik həddə: İrəvanda meydanda çadırlar qurulur
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları pik həddə çatıb. JAMAZ.İNFO xəbər verir ki, Hökumət Binası, Baş Pprokurorluq və İdman Nazirliyinin binaları etirazçılar tərəfindən mühasirəyə alınıb.
Gələn son məlumatlara görə, evlərinə dağlışmaqdan imtina edən etirazçılar meydanda çadırlar qurmağa başlayıblar. Baş nazir Nikol Paşinyanın istefa verməsini tələb edən aksiyaçılar, tələbləri yerinə yetirilməyənə qədər dayanmayacaqlarını bəyan ediblər.