
Dünya
Ermənistanda korpus komandiri işdən çıxarılır
Ermənistan Silahlı Qüvvələrinin ikinci ordu korpusunun komandiri işdən çıxarılır.
Jamaz.info xəbər verir ki, Ermənistanın İctimai Televiziyasının yaydığı məlumatda bildirilib ki, korpus komandirinin vəzifədən kənarlaşdırılması bu gün hərbi hissələrindən birində baş vermiş yanğınla bağlıdır.
Xatırladaq ki, Ermənistanın Basarkeçər rayonunundakı hərbi hissədə baş vermiş yanğın nəticəsində 15 hərbçi ölüb, 3 nəfər xəsarət alıb.