Ermənistanda deputata cinayət işi açıldı
Ermənistan parlamentinin deputatı Mher Saakyana cinayət işi açılıb.
Jamaz.info Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İstintaq Komitəsinin İrəvan İstintaq şöbəsi parlamentdə xuliqanlıq və dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbərinə qarşı fiziki güc tətbiq edilməsi faktı üzrə başlanmış cinayət işi üzrə ibtidai istintaqı başa çatdırıb.
İstintaqın nəticəsinə əsasən deputat Mher Saakyan martın 31-də saat 11:15 radələrində parlamentdə deputatların və hökumət nümayəndələrinin iştirakı ilə keçirilən qapalı müzakirə zamanı Dövlət və Hüquq Məsələləri Komissiyasının sədri Vladimir Vardanyan və orada olan digər şəxslərə qarşı hörmətsizlik, aqressiv davranış nümayiş etdirib.
Məlumata görə, Saakyan Vardanyana irad bildirib və ona yaxınlaşaraq sifət nahiyəsinə zərbələr endirib, sağlamlığına yüngül xəsarət yetirib.
Qeyd edilib ki, deputat Saakyana Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb.