Dünya
Ermənistan sərhəddə yeni zastavaların qurulması üçün 5 milyon dollar pul ayırdı
Ermənistan hökuməti sərhəddə yeni zastavaların qurulması üçün 5 milyon dollar pul ayırıb. JAMAZ.İNFO xəbər verir ki, bu pul yalnız Sünik vilayətində qurulacaq yeni zastavalar üçün nəzərdə tutulub.
Bu barədə danışan Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, son hadisələrdən sonra ölkənin cənubi-şərq sərhədlərində vəziyyət dəyişib və yeni postların qurulması zərurəti yaranıb. “Hazırda sərhədçilər 115 km uzunluğunda olan Gorus-Qafan istiqamətində yerləşiblər. Bu ərazilərdə 8 yeni sərhədd zastavası tikiləcək. Bununla da sərhədlərin qorunması ən yüksək səviyyəyə çatdırılacaq”.