Dünya
Ermənistan prezidenti və arvadı yeni tip koronavirusa yoluxublar
Ermənistan prezidenti Armen Sarkisyanın həyat yoldaşı Nune Sarkisyan da koronavirusa yoluxub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan Prezident Admnistrasiyası məlumat yayıb.
Məlumatda deyilir ki, Armen Sarkisyanda koronavirus aşkarlandıqdan sonra bütün ailə üzvləri testdən keçirilib. Ttest nəticəsində məlum olub ki, Nune Sarkisyan da koronavirusa yoluxub.
O da məlum olub ki, Armen və Nune Sarkisyanların hər ikisi yeni tip koronavirusa yoluxublar. Nune Sarkisyan hazırda Londondadır və orada müalicə alır.