Dünya

Ermənistan Müdafiə Nazirliyində dava: nazir müavini döyüldü

Dünən Ermənistan Müdafiə Nazirliyində dava düşüb. JAMAZ.İNFO xəbər verir ki, hadisə bir xeyli əvvəl Eçmiəzdindəki hərbi hissədə ölən əsgərlərin valideynləri ilə nazir müavini Arman Sarkisyan arasında baş verib.

Hadisənin şahidlərindən biri Karine Manavazyan “Pastinfo” ya bildirib ki, onlar mayın 2-dən nazir müavini ilə görüşməyə cəhd ediblər. Lakin hər dəfə bəhanə ilə onları qəbul etməyiblər. “Onlar bunu çox gec qəbul etdilər. İçəri girəndən sonra Papikyanın gəlməsini gözlədik, gəlmədi. O, nazir müavini Arman Sarkisyana göndərdi. O da gəlib xeyli danışdı. Adamları o qədər qəzəbləndi ki,Sarkisyanın danışəığına dözməyib üzərinə hücum çəkdilər. Mühafizəçilər gələnə qədər valideynlər Sarkisyanı yaxşıca kötəklədilər”.

Manavazyan daha sonra deyib ki, bu gün nazir Suren Papikyanla görüşmək üçün MN-də olacaqlar. “Əgər bizi qəbul etməsələr, nazirliyin şüşələrini qıracağıq. Onlar özlərini bu qədər rəzil aparırlarsa, biz niyə susmalıyıq?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button