Dünya
Ermənilər yenə ağlaşma qurublar: “Nerkin Hand üç tərəfdən mühasirədədir”
Ermənilər yenə ağlaşma qurmağa başlayıblar. Təxribatı özləri törətdikləri halda, cavabını da misli ilə alıblar. Amma yenə Azərbaycanı günahkar çıxarmağa çalışırlar. Sanki sərhəddə təxribatı biz təşkil etmişdik.
JAMAZ.İNFO xəbər verir ki, dünən Azərbaycan əsgərinin yaralandığı və bu gün səhər DSX-nın “qisas əməliyyatı” keçirdiyi Nerkin Hand kəndində durumun yaxşı olmadığı bildirilir. Həmin kəndin sakini Qaqik Harutyunyan Facebook hesabında yazıb ki, bu səhər baş verən atışmada yaralananlarla yanaşı, ölənlər də var. “Vəziyyətimiz çox ağırdır. Kənd üç tərəfdən mühasirədədir. Kənd kilsəsi, qəbirlər, içməli su mənbələri, təpələr və dərələr düşmən nəzarətindədir”.