Dünya

Erməni politoloq: “Rusiya içki düşkünü ata kimidir, övladını tərbiyə etməkdənsə, qonşusu ilə dalaşır”

“Zaxarovanın açıqlaması, ilk növbədə, psixoloji təzyiq kimi erməni xalqına yönəlib. Rusiya Ermənistanı dost dövlət kimi təqdim etməyə çalışır, eyni zamanda ölkənin daxili işlərinə qarışır. Aydın olur ki, onlar Ermənistanla kağız üzərində müttəfiqdir və daxili siyasi vəziyyətimizi gərginləşdirmək, məsuliyyətlərini vacib məsələlərdən yayındırmaq istəkləri var”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirləri politoloq Levon Şirinyan “Haykakan Jamanak” a müsahibəsində deyib.

O deyib ki, Rusiya Ermənistanı buraxmaq istəmir. “Hər kəs Rusiyanın Azərbaycanın tərəfdarı olduqlarını bilir. Moskva Ermənistana zərər verəcək hər bir işdə köməklik edir. Sadəcə olaraq istəmirlər ki, dövlətimiz müstəqil qalsın, müstəqil siyasət aparsın. 44 günlük müharibədə xalqımız Rusiyanın kimə köməklik göstərdiyinin şahidi oldu”.

Şirinyan Rusiya haqqında maraqlı bir fikir söyləyib. “Bəli, Rusiya içki düşkünü ata kimidir. Uşağın yanında olmaq, onu düşünmək əvəzinə qonşusu ilə dalaşır”.

Erməni politoloq Azərbaycana qarşı olan qərəzindən də qalmayıb. “Rusiya çoxdan bizim düşmənimiz, düşmənimizin dostudur. İndi yalan vədlərlə, sözlərlə ört-basdır etməyə, erməni xalqını öz tərəflərinə çəkməyə çalışırlar, amma alınmır. Xalq gördü və başa düşdü ki, bizə qarşı törədilən vəhşiliklərdə Azərbaycanın himayədarı Rusiyadır. İndi isə bıçaq sümüyə dirənib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button