
Dünya
Erməni deputatın anası aksiyaçıların üzərinə qaynar su atdı
Ermənistanda keçirilən etiraz aksiyalarında daha bir skandal hadisə yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, bu gün keçirilən etiraz aksiyasında iştirakçıların üzərində qaynar su atılıb.
Belə ki, “Mənim Addımım” blokundan olan deputat Lusin Bədəlyanın anası etirazçıların qarşısına çıxaraq, onların üzərinə qaynar su atıb. Məlumata görə, deputatların mandatlarının əllərindən alınmasını tələb edənlərinin önünə çıxan deputatın anası onlara “Rədd olun burdan, özü də tez” deyə qışqırıb.