Dünya
“Düşünürəm ki, Paşinyanın oğluyla Bakıda normal rəftar ediləcək…” – Aksiya
“Baş nazir Paşinyan deyir ki, öz oğlum Aşotikimi əsirlərimizin əvəzinə Bakıya verməyə hazıram. İndi onun buna imkanı var, versin, vaxt qazansın. Aşotiki Bakıya göndərmək üçün bizdə istintaq komissiyası var. Düşünürəm ki, onunla orada normal rəftar ediləcək”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistan Parlamentinin girişində keçirilən etiraz aksiyasında Azərbaycana əsir düşən erməni əsgərlərdən birinin qohumu deyib.
“Qoy Paşinyan öz oğlu Aşotiki Bakıya göndərsin, onun Aşotikini hansı aqibətin gözlədiyi isə daha bizi maraqlandırmır. O da bir il iki ay bizim kimi əziyyət çəksin. Əmin edirəm ki, oğullarımız hansısa məqsəd üçün deyil, vətən və Ermənistan naminə ön cəbhiyə gedib. Siz biznes planlarınız naminə “düşmənlə” əməkdaşlıq edərək təslimçi qərarlar qəbul edə bilməzsiniz. Biz valideynlər əsir övladlarımızın yanına gətməyə hazırıq və əgər oğullarımız satqındırsa, onda qoy məhkəmə, ən sərt qanunlarla onlara hökm versin.
Bilsəm ki, övladım türkə millətinin əleyhinə nəsə deyib, dövlət sirri verib, onda mən də belə uşağı qəbul etmərəm. Valideynlərimizin tələbi odur ki, uşaqlarımız buzda, betonda donduğu halda, çətin məhrumiyyətlərdən keçdikləri bir zamnada hökumət onlarla bağlı danışanda diqqətli olsun” deyə aksiya iştirakçısı bildirib.
Xatırladaq ki, itkin düşən və əsir düşən hərbçilərin yaxınları Tiqran Mets prospektinidən Respublika meydanına daxil olan və hökumət binasına bitişik hissəsini dünən gecə saatlarına qədər bağlı saxlayıb və Ermənistan Parlamentinin spikeri Alen Simonyandan məhbusları fərari adlandırdıqlarına görə gəlib cavab verməsini tələb ediblər. Əsir və itkin düşənlərin yaxınları tələbləri yerinə yetirilənə qədər küçələri bağlı saxlayacaqlarını bildiriblər.
Qeyd edək ki, ötən gün internetdə yayılan, Alen Simonyanın əsirləri fərari hesab etdiyi və əsirlərin onun üçün mövcud olmadığını bildirdiyi video valideynləri coşdurub.