Dünya

Dünya İqtisadi Forumuna qarşı etirazlar başladı

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna (DİF) qarşı etirazlar baş verib.

Jamaz.info xəbər verir ki, bu gün Davosda Dünya İqtisadi Forumu (DİF) özünün növbəti toplantısına başlayır. Bildirilir ki, əvvəllər olduğu kimi, bu dəfə də bir sıra fəallar foruma qarşı etiraz ediblər.

53-cü dəfə keçirilən sammitdə British Petroleum (BP), Chevron və Saudi Aramco kimi neft nəhənglərinin iştirakına fəalların reaksiya verdiyi qeyd olunur.

Qeyd edək ki, 1971-ci ildən etibarən Davosda hər il keçirilən DİF bu dəfə yanvarın 16-dan 20-dək davam edəcək.

“Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda təşkil olunan forumda ümumilikdə 130 ölkədən 50-si dövlət və hökumət başçıları olmaqla, 2700-dən çox şəxsin iştirakı nəzərdə tutulur.

Sammit çərçivəsində təşkil olunacaq sessiya və konfranslarda iqlim dəyişikliyi, inflyasiya, ərzaq təhlükəsizliyi, aclıq, terror və Rusiya-Ukrayna müharibəsi, enerji kimi bir çox mövzuların müzakirə olunacağı gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button