Dünya
Deputat zəlzələdə həlak oldu – Ailəsi dağıntı altındadır
Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Ədalət və İnkişaf Partiyasının Adıyamandan seçilən deputatı Yakup Taş zəlzələ nəticəsində həlak olub.
Jamaz.info Türkiyənin “Haber7” portalına istinadən xəbər verir ki, onun cansız bədəni dağıntılar altından çıxarılıb.
Məlumata görə, deputatın ailə üzvləri də dağıntıların altında qalıb. Onların taleyi ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, Y.Taş 1959-cu ildə anadan olub. Evli olub, 6 övladı var.