Dünya
Danimarkada Türkiyə bayrağına qarşı növbəti təxribat
Danimarkada müqəddəs “Quran”a və Türkiyə bayrağına qarşı növbəti dəfə təxribat törədilib.
Jamaz.info xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Danimarkadakı “Patrioterne Gar Live” adlı marjinal qrupun islamofob və ultra-millətçi bir üzvü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında yenidən Türkiyə bayrağı və “Quran”ı təhqir edib.
Prezident və parlament seçkiləri üçün Danimarkadakı səfirlikdə səs verməyə gələn Türkiyə vətəndaşları təxribata reaksiya verib.
Təxribat zamanı heç bir zorakılıq yaşanmasa da, Danimarka səlahiyyətlilərinin Türkiyənin Kopenhagendəki səfirliyinə əvvəlcədən məlumat verdiyi və lazımi təhlükəsizlik tədbirləri gördüyü bildirilib.