Dünya

Çindən ABŞ-a koronavirus ittihamı: “Fort Detrik” labaratoriyası yoxlanılmalıdır”

Dünyada 4 milyon insanın ölümünə səbəb olmuş koronavirus pandemiyası ABŞ və Çin arasında “müharibə”yə səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, Vaşinqton bir müddətdir Dünya Səhiyyə Təşkilatından (DST) Vuhandakı labaratoriyada yoxlama aparılmasını tələb edir.

Ağ Evin iddiası budur ki, koronavirus məhz həmin labaratoriyadan çıxıb və süni şəkildə yaradılıb. Hətta bununla bağlı kəşfiyyat məlumatlarına malik olduqlarını, habelə həmin labaratoriyada çalışan bir çox alimlərin müəmmalı şəkildə öldüyünü bildirən ABŞ, hesab edir ki, bütün bunları Pekin izi itirmək üçün edib.

Çin isə bu gün ABŞ-ın bu hərəkətlərinə qarşılıq verib. Belə ki, Pekinin XİN sözçüsü Cao Lician mətbuata açıqlama verərək bildirib ki, DST Vuhandakı labaratoriyanı deyil, ABŞ-ın Mayrland ştatındakı “Fort Detrik” labaratoriyasında ciddi yoxlama aparmalıdır. Lician bəyan edib ki, “Fort Detrik” ABŞ-ın ən böyük bioloji silah labaratoriyasıdır. “Biz ABŞ-ın pandemiya məsələsində şəffaf və məsuliyyətli bir yanaşma nümayiş etdirməsini istəyirik. Ona görə də, ən qısa zamanda DST əməkdaşları 1943-1969-cu illərdə ABŞ-ın bioloji silah prqoramının mərkəzi olan “Fort Detrik” labaratoriyasında koronavirusla bağlı araşdırma aparmasına icazə verməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button