Dünya

Çində yeni təhlükə – Daşqınlardan sonra epidemiya yayıla bilər

Çində daşqın suları çəkildikcə baş verə biləcək xəstəliklərlə bağlı xəbərdarlıq edilib.

Jamaz.info xəbər verir ki, Doksuri qasırğasının gətirdiyi leysan yağışlar az qala Çini su ilə örtüb.
Sel fəlakətinin can itkisinə səbəb olduğu Asiya ölkəsində yüz minlərlə insan təxliyə edilib.
Daşqın suları azaldıqca, məhsul və heyvan xəstəliklərinin yeni təhlükəyə səbəb ola biləcəyi barədə xəbərdarlıqlar edildi.
Ölkənin bəzi şəhərləri 33 nəfərin ölümünə səbəb olan, son 60 ilin ən güclü daşqınından sonra içməli su təchizatını bərpa etmək üçün mübarizə aparır.
Paytaxt Pekinlə həmsərhəd olan Hebey əyalətində kənd təsərrüfatı texnikası və məhsulları zədələnib.
Kənd Təsərrüfatı Naziri Tang Renjian bildirib ki, yerli hakimiyyət orqanları ölü heyvanlar, zərərvericilər və həşəratlar tərəfindən törədilən böyük epidemiyaların qarşısını almaq və nəzarət etmək üçün tədbirləri gücləndirməlidir.
Hebey əyalətindəki fermalar təbii fəlakətdən ciddi zərər çəkib. Bir çox heyvan tələf olub, kənd təsərrüfatı məhsulları yararsız hala düşüb.
Hebeyin ən çox zərər çəkmiş şəhəri Zhuozhouda xəstəliyin yayılmasının qarşısını almaq üçün yaşayış yerləri dezinfeksiya edilir.
Su Təsərrüfatı Nazirliyi içməli su təchizatının tez bir zamanda bərpa edilməsi, o cümlədən təchizat məntəqələrinin yaradılması və su daşıyan maşınların göndərilməsi üçün fövqəladə hal elan edib.(bakupost)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button