CHP rəhbərliyi istefa ərizələrini təqdim edib
28 may prezident seçkilərinin ikinci turundan sonra bütün gözlər CHP-yə dikilib. JAMAZ.İNFO xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlu bu gün partiyanın Ali Şurasının toplantısına qatılacaq və daha sonra İstanbul Böyük Bələdiyyəsi sədri Əkrəm İmamoğlu ilə görüşəcək.
Gələn məlumatlara görə, Kılıçdaroğlu bugünkü iclasda Ali Şura üzvlərinin istefalarını qəbul edəcək. Ardından isə yeni təyinatların olması lazımdır ki, CHP başqanı bunu bu gün təsdiqləməyəcək.
“Milliyet” qəzetinin yazdığına görə, CHP-nin qurultayla bağlı qərarı məlum deyil. Bu məsələnin müzakirə olunmadığı da deyilir. Həftə sonu partiyanın Ali Şurasında ümumi qiymətləndirmələri, tənqidlər dinləniləcək. Təkliflər müzakirə ediləcək. Bazar ertəsi günü isə partiyanın hansı yolu seçəcəyi barədə qərar veriləcək.