Dünya
Bu nəşr Zelenskini “ilin adamı” seçdi
Böyük Britaniyanın “Financial Times” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskini “ilin adamı” seçib.
Jamaz.info xəbər verir ki, nəşr Ukrayna liderini Rusiya təcavüzünə qarşı mübarizədə Ukrayna xalqının cəsarət və dözümlülüyünün təcəssümü adlandırıb.
“Ukrayna Prezidenti əsrin gedişatını müəyyən edə biləcək avtoritarizmlə qlobal mübarizədə demokratik dünyanın flaqmanı oldu”, – məlumatda deyilir.
Bildirilir ki, bu səbəblərə görə “Financial Times” Zelenskini “ilin adamı” seçib.