Dünya

Bu gün Saakaşvilinin növbəti məhkəməsidir

Bu gün Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin məhkəmə iclası keçiriləcək.

Jamaz.info “Sputnik Georgia”ya istinadən xəbər verir ki, proses yerli vaxtla 14:00-da Tbilisidə davam edəcək.

Məhkəmə onun azadlığa buraxılması və ya cəzasının ertələnməsi məsələsinə baxacaq.

Saakaşvilinin məsafədən iclasa qoşulub-qoşulmayacağına müalicə aldığı “Vivamed” klinikasının həkimləri qərar verəcək.

Qeyd edək ki, 2021-ci ilin oktyabrından həbsdə olan eks-prezident dəfələrlə aclıq aksiyası keçirib və səhhətində ciddi problemlər var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button