Dünya

Braziliya prezidenti BMT-ni ittiham etdi

Braziliya prezidenti Lula da Silva deyib ki, əgər BMT Təhlükəsizlik Şurasının sülh danışıqları aparmaq gücü olsaydı, Ukraynada heç bir münaqişə olmayacaqdı.

“Yalnız sülh çoxlu sayda insanın ölümünün qarşısını alacaq. Bizə qərar vermək üçün çəkisi və gücü olan daha ciddi qurum lazımdır, – o deyib.

Jamaz.info xəbər verir ki, o, bu barədə Twitter hesabında yazıb.

Lula da Silva qeyd edib ki, bu, iqlim məsələsində də vacibdir.

Onun sözlərinə görə, Rusiya və Ukrayna prezidentləri sülhdən danışmır, çünki “hər ikisi kiminsə qalib gələcəyinə əmindirlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button