
Dünya
Baydendən Türkiyə ilə bağlı tapşırıq
ABŞ prezidenti Co Bayden dövlət qurumlarına Türkiyəyə yardım variantlarını qiymətləndirməyi tapşırıb.
Jamaz.info xəbər verir ki, bu barədə ABŞ-ın Ankaradakı səfirliyi məlumat yayıb.
“Prezident Bayden USAİD-ə və digər dövlət qurumlarına Türkiyədə zəlzələdən zərərçəkənlərə kömək üçün ABŞ-ın yardım variantlarını qiymətləndirməyi tapşırıb. Biz Türkiyə hökuməti ilə əməkdaşlıq edərək vəziyyəti yaxından izləməyə davam edəcəyik”, – səfirliyin bəyanatında deyilir.