Dünya

Bayden qondarma “erməni soyqırımını” tanıyacaq?

ABŞ prezidenti Co Bayden qondarma “erməni soyqırımı”nı tanımasını rəsmi şəkildə bəyan edəcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “The Wall Street Journal” rəsmi şəxslərdən birinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Bayden həmin bəyanatını aprelin 24-də səsləndirəcək. “Baydenin bəyanatı formal xarakter daşıyacaq. Bu bəyanat “erməni soyqırımı”nın rəsmi tanınması mərhələsinə qədər getməyəcək”.

Xatırladaq ki, erməni lobbisi hər il qondarma “soyqırım” məsələsini qabardaraq, ABŞ-ın onu rəsmi tanımasını istəyir. Lakin hər dəfə bu arzuları baş tutmur. Baydenin verəcəyi açıqlama da formal xarakter daşıyacaq. Çünki belə bir məsələnin tanınması Türkiyə ilə əlaqələrin tamamilə korlanması demək olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button