Dünya

Baş nazir Saakaşvilini Rusiyaya işləməkdə ittiham etdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Rusiya-Gürcüstan müharibəsinin 15-ci ildönümü münasibətilə döyüşdə həlak olmuş əsgərlərin məzarlarını ziyarət edib.

Jamaz.info xəbər verir ki, Baş nazir 2008-ci ildə baş vermiş hadisələr barədə çıxş edərək, hazırda həbsdə olan sabiq prezident Mixail Saakaşvili haqda sərt ittihamlar səsləndirib.

Qaribaşvilinin fikrincə, Saakaşvili Gürcüstan torpaqlarının işğalına səbəb olub:

“Əgər kimsə Rusiya üçün işləyibsə, deyə bilərik ki, bu, Saakaşvili olub. Çünki onun siyasəti nəticəsində Gürcüstan əraziləri işğal olunub. Onun hakimiyyətinin hərəkətləri xəyanət idi. “Axmaq siyasət” və “Saakaşvilinin məsuliyyətsizliyi” olmasaydı, müharibədən qaçmaq olardı”, – deyə Baş nazir çıxışında qeyd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button