Dünya

Avropadakı “gizli müttəfiqləri” Putinlə görüşərək…

Avropada Rusiya prezidenti Vladimir Putini dəstəkləyən, lakin hazırda simpatiyalarını gizlətməyə üstünlük verən rusiyayönlü siyasi qüvvələr var.

Jamaz.info xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes Davosda keçirilən Dünya İqtisadi Forumunda danışıb.

“Putinin Avropada indi simpatiyasını gizlədən, lakin cəmi bir il əvvəl onunla görüşüb, onun metodlarını tərifləyən çoxlu müttəfiqləri var. Biz bu siyasi qüvvələrin ictimai orqanlara nüfuz etməsinə və daxildən Avropa İttifaqını məhv etməsinə mane olmalıyıq”, – Sançes deyib.

Qeyd edək ki, Rusiyanın dünyada çoxlu müttəfiqləri var. Belə ki, Serbiya prezidenti Aleksandar Vuçiç öz milli maraqlarına təhlükə yaranana qədər Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyəcəyinə söz verib. Putin 22 ölkənin liderlərinə, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Vuçiçə və Macarıstanın baş naziri Viktor Orbana Yeni il təbriki göndərib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button