Dünya

Avropa liderləri Çindən Ukrayna ilə bağlı kömək etməyi xahiş edirlər

Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları Ukraynadakı vəziyyətlə bağlı Çin hakimiyyətinə birgə müraciət etmək niyyətindədirlər.
Jamaz.info xəbər verir ki, bu barədə “Reuters” mənbələri məlumat verib.
Agentliyin məlumatına görə, Aİ-nin iyunun 29-30-da keçirilməsi planlaşdırılan sammitində siyasətçilər Pekini qlobal problemlərin həllində, eləcə də Ukrayna böhranının həllində iştirak etməyə çağıracaqlar.
Bundan başqa, mənbənin sözlərinə görə, Çinə müraciət Avropa İttifaqı ilə münasibətlərdə iqtisadi tarazlığın bərpasına aid olacaq.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirmişdi ki, Çin Ukrayna böhranının siyasi həlli üçün əlverişli şərait yaratmaq məqsədilə bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button