Dünya
İrana növbəti zərbə – Sərt sanksiya tətbiq ediləcək
Avropa İttifaqı (Aİ) İrana qarşı “çox sərt” sanksiyalar tətbiq edəcək.
Jamaz.info xəbər verir ki, bu haqda Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell danışıb.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkədəki etiraz aksiyaları ilə bağlı vəziyyətə və Tehranın Rusiyaya hərbi silah-sursat tədarük ilə bağlı iddialara görə, İrana qarşı “çox sərt” sanksiyalar tətbiq edəcək.