Dünya

Antalyada otel yandı

Türkiyənin əsas turizm məkanlarından biri olan Antalyanın Muratpaşa rayonunda ikimərtəbəli otel yanıb.

Jamaz.info TRT telekanalına istinadla xəbər verir ki, yanğın nəticəsində 2 turist həyatını itirib, 12 nəfər yaralanıb.

Əraziyə xilasedicilər, yanğınsöndürənlər, polis, təcili tibbi yardım qrupları yönəldilib.

Yanğında ölənlərin livanlı turistlər olduğu bildirilir. Xəsarət alanlar arasında Norveç, Danimarka və Niderlanddan olan turistlər də var.

Həkimlərin sözlərinə görə, xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır.

Yanğının səbəbləri araşdırılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button