Dünya
Aİ Ukraynadakı diplomatını dəyişir
Hazırda Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Siyasəti üzrə Baş Direktorluğunun rəis müavini vəzifəsində çalışan slovakiyalı Katarina Maternova Avropa İttifaqının Ukraynaya yeni səfiri təyin olunacaq.
Jamaz.info xəbər verir ki, təyinatla bağlı məlumatı Maternova tviter səhifəsində təsdiqləyib.
“Təşəkkür edirəm! Bu, mənim üçün böyük mükafatdır və eyni zamanda böyük çağırışdır. Birlikdə işləməyi səbirsizliklə gözləyirəm”, – o yazıb.
Qeyd edək ki, Aİ-nin Kiyevdəki indiki səfiri estoniyalı Matti Maaskasdır. Maternovanın təyinatı Aİ-nin bütün dünya üzrə diplomatik nümayəndəliklərinin müntəzəm rotasiyasının bir hissəsidir – Aİ diplomatik nümayəndələri 4 ildən bir rotasiya təşkil edir.(modern)