Dünya

Aİ Kiyevə edəcəyi yardımın həcmini açıqladı

Avropa İttifaqı ölkələri gələn il Kiyevə bir milyon artilleriya mərmisi tədarük etməyə hazırlaşır.

Jamaz.info xəbər verir ki, bunu Avropa komissarı Tyerri Breton mətbuat konfransında bildirib.

“Avropa İttifaqı növbəti 12 ay ərzində Ukraynaya bir milyon artilleriya mərmisi verməyi öhdəsinə götürüb”.

Rəsminin sözlərinə görə, bunun üçün Aİ Avropa Sülh Fondundan 1 milyard avro ayıracaq. Avropa İttifaqının müdafiə büdcəsindən əlavə 500 milyon vəsait ayrılacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button