Dünya

ABŞ niyə Ermənistana 3 milyon dollar ayırır?

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistanda nəqliyyat şəbəkəsinin vəziyyətinin monitorinqi və regionda yeni tranzit dəhlizlərinin axtarışı üçün 3 milyon dollar ayıracaq.

Jamaz.info xəbər verir ki, bu sahədə araşdırmalar İrəvanla razılaşma əsasında aparılacaq və onun nəticələri 6 ay ərzində Vaşinqtonda təqdim edilməlidir. Politoloqlar ABŞ-ın Cənubi Qafqazdakı fəaliyyətini Rusiyanın regionda təsirini zəiflətmək istəyi ilə əlaqələndirirlər.

Dövlət satınalmaları portalının məlumatına görə, artıq qrant alan şəxs müəyyənləşib. “Tetra Tech” Pentaqonun, ABŞ Dövlət Departamentinin və ABŞ-ın digər dövlət qurumlarının mühəndislik və konsaltinq xidmətləri göstərən əsas podratçılarından birinə çevrildi.

Tender sənədlərində göstərilir ki, podratçı mövcud tranzit marşrutlarının “iqtisadi təhlilini aparacaq”, onların cari imkanlarını hesablayacaq və təkmilləşdirmə tədbirləri təklif edəcək.

Sənəddə həmçinin qeyd olunur ki, layihə “ABŞ hökumətinin regional iqtisadi əlaqələrin yaxşılaşdırılması üzrə strateji hədəfləri”nə uyğun olaraq hazırlanıb.

“ABŞ-ın hazırkı strategiyası regionun nəqliyyat sektorunda amerikalıların mövcudluğunun genişləndirilməsi də daxil olmaqla, tamamilə Rusiyaya qarşı yeni cəbhə yaratmaq planlarına və Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq niyyətinə əsaslanır”, – deyə Mendkoviç şərhini yekunlaşdırıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button