Dünya

ABŞ kəşfiyyatı Rusiyanın nüvə silahlarını Belarusda yerləşdirildiyini təsdiqlədi

ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat agentliyi Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahlarının ilk partiyasının Belarusa təhvil verilməsi ilə bağlı bəyanatına “şübhə etmək üçün heç bir əsas olmadığını” bildirib.
Jamaz.info xəbər verir ki, bu barədə CNN kəşfiyyat rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, ötən ay Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Putin Belarus ərazisinə ilk nüvə başlıqlarının gətirildiyini bəyan edib.
ABŞ və Qərb rəsmiləri hər hansı silahın Belarusa ötürüldüyünü açıq şəkildə təsdiqləməyib. Lakin ABŞ kəşfiyyat rəsmiləri bildiriblər ki, onların silah transferində “müəyyən uğur əldə etdiklərinə” şübhə etməyə əsas yoxdur.
Rəsmilər niyə belə düşündüyünü açıqlamayıb. Onlar etiraf ediblər ki, ABŞ kəşfiyyatı hətta peykdən çəkilmiş görüntülərlə belə bu silahları izləmək çətin olacaq.
Bu ayın əvvəlində ABŞ və Qərb rəsmiləri CNN-ə bildiriblər ki, Belarus taktiki nüvə silahlarını saxlamaq üçün lazım olan anbarları təkmilləşdirməyi başa çatdırmayıb və mövcud peyk görüntülərində Rusiyanın nüvə obyekti üçün standart olacaq hazırlıq və təhlükəsizlik əlamətləri yoxdur. Bununla belə, digər mənbələr CNN-ə bildiriblər ki, Belarusda Sovet dövründən qalma müxtəlif obyektlər var ki, onlar potensial olaraq bəzi silahları saxlaya bilər.
Belarus prezidenti Aleksandr Lukaşenko keçən ay demişdi ki, o, “tərəddüd etmədən” təcavüz qarşısında Rusiyanın taktiki nüvə silahından istifadə edəcək. Bununla belə, ABŞ kəşfiyyatı Lukaşenkonun arsenala nəzarət edəcəyinə inanmır. Rəsmilərin fikrincə, çox güman ki, o, tamamilə Rusiyanın nəzarətində olacaq.
ABŞ kəşfiyyatı həmçinin silahların Belarusa daşınmasının qlobal nüvə mənzərəsini dəyişəcəyinə və ya nüvə insidentinin riskini artıracağına inanmır, çünki onlar Rusiya qüvvələri tərəfindən irəliyə doğru yerləşdirilmək və nəzarət etmək əvəzinə anbarlarda saxlanılacaq.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button