Dünya
ABŞ İrana qarşı hərbi əməliyyata razılıq verib
ABŞ prezidenti Co Bayden İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün məsələnin hərbi yolla həlli variantına razılıq verib. JAMAZ.İNFO xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli bildirib.
ABŞ Dövlət Departamentinin rəsmisi deyib: “Prezident Bayden, lazım gələrsə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün son çarə kimi hərbi variantla razılaşacağını söylədi”.
Buna baxmayaraq, Melli əlavə edib ki, hazırda belə bir şey tələb olunmur.