Dünya

ABŞ bu ölkədə diplomatik fəaliyyətini bərpa etdi – 30 il sonra

ABŞ 30 il sonra yenidən Solomon Adalarında səfirlik açıb.

Jamaz.info “CNN Türk” kanalına istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları 30 il sonra Solomon Adalarının paytaxtı Honiarada diplomatik fəaliyyətini bərpa edib. Bu barədə dövlət katibi Antoni Blinken deyib.

Səfirliyin açılmasının iki ölkə arasında iqtisadi əlaqələri gücləndirəcəyini vurğulayan Blinken bölgədə daha çox diplomatik personalın yerləşdiriləcəyini bildirib.

O, Russell Komaunun Honiaradakı yeni ABŞ səfirliyində “ABŞ-ın müvəqqəti işlər vəkili” kimi fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ-ın Solomon Adalarındakı səfirliyi 1988-ci ildən 1993-cü ilədək xidmət göstərmiş, daha sonra fəaliyyətini dayandırmışdı.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button