68 sülhməramlı həlak olub
Son üç il ərzində dünyanın 20 dövlətindən olan 68 BMT sülhməramlısı münaqişə zonalarında həlak olub.
Jamaz.info xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının 2589 saylı “BMT sülhməramlılarına qarşı cinayətlərə görə məsuliyyət” qətnaməsi üzrə keçirilən iclasda BMT Təhlükəsizlik Şurasına sədrlik edən Hindistanın xarici işlər naziri Subramanyam Caişankar bildirib.
O xatırladıb ki, ümumilikdə sülhməramlı əməliyyatlar zamanı ən çox Hindistan sülhməramlıları həlak olub.
Hindistanın xarici işlər nazirinin sözlərinə görə, BMT-nin sülhməramlılığı əvvəlkindən daha çətin işə çevrilib.
“Sülhməramlı əməliyyatlar qeyri-müəyyən və mürəkkəb şəraitdə aparılır. Silahlı qrupların, terrorçuların və transmilli mütəşəkkil cinayətkarlığın artması sülhməramlıların fəaliyyətinə mənfi təsir göstərib. Bundan başqa, sülhməramlı missiyalar və onların mandatları ilə bağlı dezinformasiya kampaniyaları da sülhməramlılar üçün risklərin artmasına səbəb olub”, – Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.(modern)