Dünya

35 ölü, 200-dən çox yaralı… – Pakistanda partlayış

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresi zamanı törədilən terror aktı nəticəsində azı 35 nəfər ölüb.
Jamaz.info
xəbər verir ki, bu barədə “Geo News” telekanalı fövqəladə hallar xidməti və yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, 200-dən çox insan da müxtəlif dərəcəli xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Partlayış yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə 15:00), partiya liderlərindən biri təxminən 400 nəfərin olduğu bir qrup tərəfdarı qarşısında çıxış edərkən baş verib.
Baş nazir Şahbaz Şərif hadisənin araşdırılması və məsuliyyət daşıyanların tapılması barədə göstəriş verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button