
Dünya
18 yaşlı idmançı yarışdan sonra komaya düşdü
Avstraliyada keçirilən at yarışlarının birində faciəvi hadisə yaşanıb.
Qaynarinfo xəbər verir ki, yarışda iştirak edən jokeylərdən biri 18 yaşlı Anna Fitzqerald atdan enəndən sonra komaya düşüb. “The Sun”un xəbərinə görə Anna Avstraliyanın Kalqoorli bölgəsində təşkil edilən at yarışı zamanı jokeyi olduğu atdan enəndən sonra huşunu itirib və xəstəxanaya aparılıb. Xəstəxanadan verilən açıqlamada 18 yaşlı idmançının beyin qanaması keçirdiyi və onun müalicəsi üçün bütün imkanların səfərbər edildiyi bildirilib. Annanın məşqçisi Bret Pop isə açıqlamasında həkimlərin çox narahatlıq keçirdiyini, ancaq hazırda onun durumunun sabit olduğunu söyləyib.
Baş verən hadisəyə görə yarış yarımçıq dayandırılıb.

