
Dünya
“Ərdoğanla birlikdə irəliləməyə davam edəcəyik” – Makron
Fransa Prezidenti Emmanuel Makron Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.
Jamaz.info xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bu barədə tvitter hesabıbda bildirib.
“Fransa və Türkiyənin birlikdə aşacaqları böyük sınaqlar var: Avropaya sülhün qaytarılması, Avrasiya İttifaqımızın gələcəyi, Aralıq dənizi. Yenidən seçilməsi münasibətilə təbriklərimi çatdırdığım prezident Ərdoğanla birlikdə irəliləməyə davam edəcəyik”,- deyə Fransa prezidenti vurğulayıb.