
Dünya
Ərdoğandan son çağırış
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu öncəsi vətəndaşlara müraciət edib.
Jamaz.info xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan sosial media hesabından paylaşım edərək, vətəndaşlara çağırış edib:
“Mən millətimin hər bir üzvünə səslənirəm: Sənsiz olmaz! Sabah Böyük Türkiyə Zəfəri üçün birlikdə seçkiyə gedək. Mayın 14-də TBMM-də təzahür edən iradəni bu dəfə prezidentlik üçün daha güclü şəkildə əks etdirək. Türk Əsrinə öz səslərimizlə başlayaq”.