
Dünya
Ərdoğan Putinlə danışacaq: 3 dekabrda
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 3-də Rusiya dövlət başçısı Vladimir Putinlə telefonla danışacaq. JAMAZ.İNFO xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O bildirib ki, Ankara Ukrayna ətrafında baş verənlərdən narahatdır. “Türkiyə Ukraynada de-eskalasiyanın tərəfdarıdır. Biz hazırda həm Rusiya, həm də Ukrayna ilə əlaqə yaradırıq və danışıqlar aparırıq. Həftənin cümə günü prezident Ərdoğanla Putin arasında da telefon danışığı olacaq”.