
Ərdoğan Putinə çağırış etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə hərbi əməliyyatları birtərəfli qaydada dayandırmağı təklif edib.
Jamaz.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Ərdoğanın qeyd etdiyi kimi, danışıqlara çağırışlar “döyüşlərin birtərəfli dayandırılması və fikir ayrılıqlarının ədalətli həlli” ilə dəstəklənməlidir.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qaz qovşağının yol xəritəsinin ən qısa zamanda başa çatdırılması planlarından danışıb. KİV-in məlumatına görə, Ərdoğan Türkiyədə qaz qovşağının yaradılması üçün infrastrukturun gücləndirilməsindən danışıb və respublikanın yol xəritəsini tamamlamağa və onun tezliklə həyata keçirilməsi üçün konkret addımlar atmağa çalışdığını vurğulayıb.(publika)