Dünya
Ərdoğan nə vaxt and içəcək?
Mayın 28-də keçirilən seçkilərdə yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-si və ya 6-da keçirilə bilər.
Jamaz.info xəbər verir ki, bu barədə “CNN Turk” məlumat yayıb.
Ali Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini mayın 30-da açıqlayacaq.
İyunun 2-də deputatlar Türkiyə Böyük Millət Məclisində and içəcək və 5 gün ərzində parlament sədrliyinə namizədlər irəli sürüləcək.
Ərdoğan ya iyunun 2-də, ya da iyunun 6-da Türkiyə Böyük Millət Məclisində and içib, vəzifəsinin icrasına başlayacaq. O, and içdikdən sonra yeni hökumətin tərkibini elan edəcək, daha sonra Nazirlər Kabinetinin iclasını keçirəcək.