Dünya

Ərdoğan Milli Təhlükəsizlik Şurasını toplayır

Avqustun 9-da Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçiriləcək.

Jamaz.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Ankarada Prezident kompleksində keçiriləcək görüşdə strateji, regional və milli təhlükəsizlik məsələlərinin, ilk növbədə Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında və Suriyada apardığı əks-terror əməliyyatlarının müzakirəsi planlaşdırılır.

Həmçinin PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD kimi terror təşkilatlarına qarşı əməliyyatlar çərçivəsində ölkə sərhədlərinin qorunması mövzusuna da toxunulacaq.

Bundan əlavə, Türkiyə Milli Təhlükəsizlik Şurasının üzvlərinin Rusiya-Ukrayna münaqişəsi mövzusunu müzakirə edəcəyi gözlənilir. Taxıl dəhlizi ətrafında vəziyyətin inkişafı, Türkiyənin sülhün bərqərar edilməsi, davamlı atəşkəs və humanitar yardım göstərilməsi istiqamətində səyləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Türkiyə Təhlükəsizlik Şurası Egey dənizi, Kipr və Şərqi Aralıq dənizində baş verənləri də dəyərləndirəcək.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button