
Dünya
Ərdoğan Milli Təhlükəsizlik Şurasını topladı
Türkiyədə Milli Təhlükəsizlik Şurasının toplantısı başlayıb.
Jamaz.info “TRT Haber”ə istinadən xəbər verir ki, iclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir.
Toplantıda İraq və Suriyanın şimalında həyata keçirilən terrorla mübarizə əməliyyatları başda olmaqla, strateji, regional və milli təhlükəsizlik mövzularının müzakirə olunması gözlənilir.