Cəmiyyət
Zod qızıl mədəni birdəfəlik bağlanıb
“Zod qızıl mədəni aprelin 15-dən bağlanıb və qəsəbədə yayılan söz-söhbətlərə görə, o, yenidən açılmayacaq”. JAMAZ.İNFO xəbər verir ki, bunu Geqamasarın keçmiş rəhbəri Hakob Avetyan deyib.
Onun sözlərinə görə, problem təhlükəsizlik məsələləri ilə əlaqədardır. “Hazırda onu təmin etmək mümkün deyil. Belə davam edərsə, mədənin yenidən açılmasından danışmaq belə mənasız olacaq”.
Avetyan bildirib ki, işçilərin çoxu artıq ixtisar olunub, qalanlarına isə konkret heç nə deyilməyib. “Sadəcə olaraq, mədən istiqamətində müntəzəm atışmaların olduğu və bu şəraitdə işləməyin artıq təhlükəsiz olmadığı üçün bağlanıb”.