
Cəmiyyət
Xidmətdən narazı qaldı, əlində qumbara kafe və evə hücum etdi: Tərtərdə
Bu gün Tərtərdə dəhşətli cinayətin baş verməsinin qarşısı alınıb. JAMAZ.İNFO DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Tərtərdə əlində qumbara kafe və evə hücum edən şəxs saxlanılıb.
Həmin məlumata görə, cinayət törətmək istəyənb şəxs polisin çevik müdaxiləsi ilə tərksilah edilib. Ondan “RQD-5” markalı əl qumbarası götürülüb.
Nazirliyin məlumatında deyilir ki, o kafedə xidmət edən işçilərin ona göstərilən xidmətindən qeyzlənib. Sözügedən şəxs cinayət məsuliyyətinə cəlb edilib.