
Cəmiyyət
Xalq artisti kritik vəziyyətdə: Ona qan lazımdır
“Hazırda ona qan verilir, vəziyyəti ağırdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında aktyor Salam İsmayıl Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti Vaqif Şərifovun səhhətindən danışarkən deyib.
Onun sözlərinə görə, rejissor mədə-bağırsaq xəstəliyindən əziyyət çəkir:
“Özü şəkərdir, bir neçə dəfə də infakt keçirib. Birdən-birə vəziyyəti ağırlaşıb. Oğlu teatra gəlib-gedir. Deyir ki, qan lazımdır. Bir neçə şəxs qan verib, amma yenə lazımdır”.
Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti Vaqif Şərifovun vəziyyəti ağırlaşıb. Rejissor Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.