
Cəmiyyət
Türk ordusunun komandanı Naxçıvana gəldi
Türkiyə Ordusunun 3 Ordu komandanı, general-polkovnik Yavuz Türkqan Naxçıvana gəlib. JAMAZ.İNFO xəbər verir ki, generalla bərabər, hərbi heyyət də Muxtar Respublikaya təşrif buyurub.
Generalın gəlişinin məqsədi Türkiyə və Azərbaycanın Naxçıvanda birgə keçirdiyi “Sarsılmaz Qardaşlıq-2021” hərbi təlimlərinin gedişatını izləmək və təlimlərin bağlanış mərasimində iştirak etməkdir.